Azərbaycanda avtomobil elektrik dirəyinə çırpıldı, 2 kəndin işığı kəsildi
10
noy
2019
10:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib.Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda yola tökülən nar suyu qəzaya səbəb oldu
Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Ye...