Azərbaycanda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB

Azərbaycanda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Hadisə 4

Qubada baş vermiş ağır yol nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi bəlli olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Qubanın Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları açıqlanıb.

Qəzada Arif İmamquluyev və Elmar Məmmədov həlak olub, Fərhad İbrahimov, Mustafa Əkbərov və Akif Qurbanov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***20:27

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində "Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər