Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

02
okt
2022
09:27
Goranboy rayonunun Xan Qərvənd kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, iki minik avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Belə ki, yol qəzasında ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.
Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
General oğlunun məhkəməsində zərərçəkən danışdı
Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən veri...