Azərbaycanda ağır yol qəzası: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb
19
fev
2023
09:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub.
Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...