Azərbaycanda ağır qəza - sürücü əzilmiş maşının içərisində qaldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran-Boradigah yolunun Separadi kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az xəbər verir ki, Masallı sakini, 27 yaşlı Elton Qafarov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı qaz borusuna, daha sonra ağaca çırpılıb.
Avtomobilin ön hissəsi ciddi zərər görüb.
Bu zaman nəqliyyat vasitəsində olan sərnişin Cavid İsayev orada sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib. Briqada üzvləri Cavid İsayevi xilas ediblər.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində qaz xətti zədələndiyindən, yaxınlıqda yerləşən 20-yə yaxın evə təbii qazın verilişi dayandırılıb.
Eyni zamanda, hadisə baş verən Lənkəran-Boradigah yolunda avtomobillərin hərəkəti bir saata qədər məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gecə ağır qəza baş verib - Ölən və yaralılar var
Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-dən 25-nə keçən...