Azərbaycanda ağır qəza - Ölənlər var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02:30-da Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.
Göyçay şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu 99-HA-350 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, Göyçay sakinləri 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və həmyaşıdı Zeynalov İlham İlqar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilərək müxtəlif kəsici alətlərdən istifadə olunmaqla onların avtomobildə sıxılıb qalmış meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza - 2 baş inəyi vurub maşını aşırdı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəb...