Azərbaycanda ağır qəza - Ölən və yaralanan var - FOTO

Azərbaycanda ağır qəza - Ölən və yaralanan var - FOTO
Foto
Hadisə 927

Gədəbəy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Zəhmət kəndində baş verən hadisə zamanı "NAZ Lifan" markalı avtomobil qarşı tərəfdən gələn "Ford" markalı minik maşını ilə toqquşub.

Qəzada "NAZ Lifan" markalı avtomobilin sərnişini 20 yaşlı Məmmədov Elxan Eldar oğlu və sürücü Aslanzadə Rəşid Asif oğlu ağır xəsarət alıblar.

Yaralılar ağır vəziyyətdə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Tibbi müdaxilələrə baxmayaraq Elxan Məmmdov ölüb.

R.Aslanzadənin isə vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər