Azərbaycanda ağır qəza - Ölən və xəsarət alanlar var

Azərbaycanda ağır qəza - Ölən və xəsarət alanlar var
Hadisə 208

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər