Azərbaycanda ağır qəza - avtomobil aşdı, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.
“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü biabırçılıq
Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) c...