Azərbaycanda 67 yaşlı müəllim vəfat etdi

Azərbaycanda 67 yaşlı müəllim vəfat etdi
Foto
Hadisə 49

Masallıda 67 yaşlı müəllim Asif Abbasov vəfat edib.

BAKU.WS xəbər verir ki, o Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində müəllim işləyib.

Asif Abbasov 2022-ci ildə 65 yaşla əlaqədar təqaüddə çıxıb. Bu barədə məktəbin rəsmi feysbuk səhifəsində bildirilib.

Onun yaşadığı evdə meyiti tapılıb.

Xatırladaq ki, Asif Cahangir oğlu Abbasov 1957 ci ildə Masallı rayonu Dəmirçi kəndində zəhmətkeş ailədə anadan olub.

1963- cü ildən təhsil almağa başlayıb və 1974- cü ildə Bədəlan kənd tam orta məktəbinin onuncu sinfini bitirib.

1975- ci ildən Həmkarlar komitəsinin üzvdür.

1978-1981-ci illərdə Lənkəran Pedoqoji Texnikumunda İbtidai sinif müəllimi ixtisasına yiyələnib.

Asif Cahangir oğlu Abbasov 41 il öz doğma kəndində Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ixtisası üzrə müəllim işləyib.

Son xəbərlər