Azərbaycanda 60 yaşlı qadın intihar etdi

23
mar
2023
23:08
İsmayıllıda 60 yaşlı qadın intihar edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Əhən kənd sakini 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qadının özünə qəsd etməsinin səbəbi hələ ki dəqiq məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...
