Azərbaycanda 6 aylıq körpə öldü - Yoluxucu xəstəliklər şöbəsindən evə buraxılıbmış

Azərbaycanda 6 aylıq körpə öldü - Yoluxucu xəstəliklər şöbəsindən evə buraxılıbmış
Hadisə 645

Azərbaycanda 6 aylıq körpə ölüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən ilin iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbizlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edib.

Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

6 aylıq körpə Bakıya aparılarkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda insanlığa sığmayan hərəkət: 3 günlük körpəni küçəyə atdılar

Azərbaycanda insanlığa sığmayan hərəkət: 3 günlük körpəni küçəyə atdılar

Şirvanda küçədə 3 günlük körpə tapılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi...

1748 Hadisə 09:33 29 noyabr 2019

Son xəbərlər