Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu
Hadisə 111

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər