Azərbaycanda 3 uşaq anası özünü asmaq istədi

Azərbaycanda 3 uşaq anası özünü asmaq istədi
Hadisə 679

Gəncə şəhərində 3 uşaq anası intihara cəhd edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.

1989-cu il təvəllüdlü Ağayeva Fatma Məmməd qızı özünü asmaq istəyib. Son anda qadını yaxınları xilas edə bilib. Buna baxmayaraq onun vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı polisə məlumat verilib, araşdırma başlanılıb.

Son xəbərlər