Azərbaycanda 17 yaşlı qızın qasığını sındırdılar - Küçədə vəhşilik
08
okt
2019
11:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda gənc qız yol kənarında huşsuz vəziyyətdə aşkarlanıb.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aeroport yolunda qəza - Ana və körpəsi yaralandı
Bakı şəhəri, aeroport yolunda, Sabunçu keçidinin yanında avtomobil qəzası baş verib.BAKU.WS xəbər verir ki, qəza nəticəsində ana və övladı xəsarət alıb.Səhiyyə...