Azərbaycanda 17 yaşlı qız doğuş etdi, uşaq öldü
Gəncə şəhərində yetkinlik yaşına çatmayan hamilə qız doğuş həyata keçirib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü, şərti adı N.Z. olan Gəncə şəhər sakini təcili tibbi yardım maşını ilə doğuş üçün xəstəxanaya aparılıb.
O, xəstəxanaya çatdırılsa da, “uşaq salma” olduğundan körpəsi dünyasını dəyişib.
Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub.
Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Oxşar xəbərlər
Toya hazırlaşan 3 uşaq anası faciəvi şəkildə öldü
Gəncə şəhərində bədbəxt hadisə nəticəsində 3 uşaq anası dünyasını dəyişib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin İsaq Cəfərov küçə...