Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA - FOTO

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
İddialara görə, evlənən qızın 17 yaşı var. O, 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hadisə yenidir. Lakin iddialar yalandır, 17 yaşlı qız evlənmir, nişanlanır:
Bu barədə polisə hər hansı bir müraciət daxil olmayıb. Qanunla da nişan mərasiminə müdaxilə edə bilmirik, şəxs yetkinlik yaşına çatıb, könüllü nişanlanır".
Qalereya
Oxşar xəbərlər
Şəmkir polisi 14 yaşlı qızın nikaha daxil olması ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB-2
Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində...
