Azərbaycanda 16 yaşlı qız ərə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.
Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Şəmkir polisi 14 yaşlı qızın nikaha daxil olması ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB-2
Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində...