Azərbaycanda 1,3 ton narkotik tərkibli kollar məhv edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Şəfəq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 320 kq olan 2200 ədəd çətənə kolu aşkar olunub.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda helikopterlə əməliyyat: Narkobaron belə tutuldu - VİDEO
"Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul ol...