Bir tondan çox narkotik məhv edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 360 kq olan 722 ədəd çətənə kolu aşkar olunub.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələr...