Balakəndə 1 tondan çox narkotik yandırıldı - FOTO

18
may
2020
12:47
Balakəndə külli miqdarda çətənə bitkisi məhv edilib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri keçirib.
Nəticədə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən çəkisi 470 kiloqram olan 1510 ədəd, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kq olan 3129 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılaraq, yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 10 tona yaxın narkotik aşkarlandı (FOTO)
“Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş nark...
