Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib.
Saxlanılanlar arasında “Hayastan” fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var.
***11.48
Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü saxlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində bildirilib.
Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə aparılıb.
Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd kəndində saxlanılıblar.
Oxşar xəbərlər
Azərbaycan Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdi
Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlar...