Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347 qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Şarca-Doha-Bakı aviareysi ilə gələn dörd nəfər Azərbaycan vətəndaşları "yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.
Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram "Pump" markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.
İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DGK bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.
Oxşar xəbərlər
Mənimsəmədə ittiham olunan məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım...