Azərbaycan Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verib

Azərbaycan Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verib
Hadisə 553

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.

Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.

Oxşar xəbərlər

Mingəçevirdə 46 yaşlı kişi yandırıldı

Mingəçevirdə 46 yaşlı kişi yandırıldı

Mingəçevirdə 46 yaşlı kişi yandırılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Nəbiyev yanıq xəsarətləri ilə xəstəxa...

268 Hadisə 21:34 15 fevral 2026

Son xəbərlər