Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar və Cəlilabad rayonlarında Ayın ətrafında nəhəng dairə müşahidə olunub.
“Report”un Muğan bürosunun məlumatına görə, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.
Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.
Biləsuvar və Cəlilabadda bu təbiət hadisəsi axşam saatlarından müşahidə olunub.
Qalereya
Oxşar xəbərlər
İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək
İyun ayının 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşəcək. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU....