Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən N. Bağırov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Oxşar xəbərlər
Anasının qəssabla münasibətindən şübhələnən gənc bıçağa əl atdı - TƏFƏRRÜAT
Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf....