Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib
Hadisə 270

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Azərbaycan Ordusunun əsgəri intihar edib

Bildirilib ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) t...

0 Hadisə 19:29 17 sentyabr 2026

Son xəbərlər