Azərbaycan Ordusunun erməni mövqelərini darmadağın etməsinin görüntüləri – VİDEO
Sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində baş verən hərbi toqquşmada Azərbaycan ordusu təxribatlara cavab olaraq Ermənistan mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib.
Azərbaycan Ordusu təxribatlar həyata keçirən erməni silahlı bölmələrinin atəş nöqtələrini məhv edib.
Döyüş mövqeləri, yerüstü sığınacaqlarla yanaşı, Ermənistanın sərhədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə kompleksləri də məhv edilib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var.
Azərbaycan isə döyüşlərdə 50 şəhid verib.
Oxşar xəbərlər
Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib: Hərbçilərimiz yaralanıb - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Bu barədə Müdaf...