Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olunub

Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olunub
Hadisə 134

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

"Offalyexpress" nəşri yazır ki, onunla birlikdə daha iki nəfər tutulub.

Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia qəbul edilməyib. Onlar məhkəmənin hökmü ilə mayın 13-də həbs olunublar. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

Azərbaycan klubunun basketbolçusu narkotik maddə satdığı üçün həbs olunub

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər