Azərbaycan-Gürcüstan sərhədində əməliyyat - Saxlanılanlar var - FOTO

04
okt
2019
16:20
Azərbaycan-Gürcüstan sərhədində Əlcəzairin 2 vətəndaşının dövlət sərhədini pozmasının qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 4-də Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılın.Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub.Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan-İran sərhədində insident: ölənlər var - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.Bu ba...
