Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, "Cənub-Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradovun və digər sabiq vəzifəli...