Azər Qasımlının məhkəməsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.
Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmi faciəsi ilə bağlı yeni detallar üzə çıxıb. BAKU.WS Türkiyə mətbuatına i...