AZAL-ın vitse-prezidenti: Günahkar şəxs mütləq tapılacaq və qanun qarşısında cavab verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət göstərərək təyyarəni uğurla idarə ediblər.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində səsləndirib.
"Bu hadisə Azərbaycanın aviasiya sahəsindəki yüksək standartlara uyğun pilot hazırlığı və təhlükəsizlik tədbirlərinin göstəricisidir. Ölkəmizdə bu ənənələr uzun illərdir qorunur və daha da inkişaf etdirilir", - İlham Əmirov vurğulayıb.
Vitse-prezident qeyd edib ki, təyyarəyə kənar müdaxilə faktı qeydə alınıb: "Günahkar şəxs mütləq tapılacaq və qanun qarşısında cavab verəcək. Hadisənin bütün detallarına aydınlıq gətirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".
Oxşar xəbərlər
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Biləcəridə yerləşən filialın mü...