Praqa Hava Limanından AZAL-ın reysi ilə bağlı insidentə MÜNASİBƏT
Yanvarın 5-də Praqa aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Praqa Hava Limanından bildirilib.
Qeyd edilib ki, Praqa Hava Limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil: "Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur".
***12:18
Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyarəyə tərəfə getməsi barədə məlumat paylaşıb.
BAKU.WS məsələ ilə bağlı AZAL-a sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb:
"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır".
Oxşar xəbərlər
Bakı metrosunda ölüm hadisəsi - Sərnişinlər qatardan düşürdüldü
İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. BAKU.WS xəbər verir ki, qatar maşinisti dərhal ə...