AZAL-ın qəzaya uğrayan təyyarəsində uçan çeçenistanlı uşağın taleyi məlum deyil
Qazaxıstanın qərbində qəzaya uğrayan təyyarədə uçan çeçenistanlı uşağın taleyi hələlik məlum deyil.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu Çeçenistanın Uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov bildirib.
"Təyyarədə Çeçenistandan olan iki uşaq olub, bir uşaq xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Oxşar xəbərlər
Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb
Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Fətəliye...