AZAL-ın qəzaya düşən təyyarəsindən sağ çıxan qadının anası: Qarşısında oturanların hamısı...
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəzaya uğraması zamanı Vladivostok sakini Kristina Evstiqneyeva sağ qalıb.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, onun anası Nina Oqiyeva qızının vəziyyətindən danışıb.
"Vəziyyəti normaldır, şüuru yerindədir, telefonla danışmışıq. Onun üzündə və ayağında kəsiklər var. Amma əsas odur ki, sağdır. Həkimlə danışdım, hər şey yaxşı olacaq", - qadın bildirib.
Oqiyevanın sözlərinə görə, qızı ona Embraerin qarşısında oturanların hamısının diri-diri yandığını deyib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan 67 sərnişinlə dolu olan "Embraer 190 təyyarəsi" 25 dekabr səhəri Aktaunun ətrafında qəzaya uğrayıb. AZAL aviaşirkətinin nümayəndələri mətbuat konfransında təyyarə qəzasından sonra 32 nəfərin sağ qaldığını bildiriblər.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...