AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.
BAKU.WS AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.
Oxşar xəbərlər
AZAL-ın duman səbəbindən geri qayıdan təyyarəsi yenidən Tbilisiyə yola düşüb - YENİLƏNİB
Bakı - Tbilisi hava limanında hava şəraiti yaxşılaşdığı üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin “J2 8223” nömrəli Bakı-Tbilisi reysinin sərnişinləri yerli...