Azadlıq, Meydan TV və digər saytların bloklanması ilə bağlı məhkəmə başlayıb

Azadlıq, Meydan TV və digər saytların bloklanması ilə bağlı məhkəmə başlayıb
Hadisə 1234

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə iclasda ərizəçinin nümayəndəsinin etibarnaməsi olmadığından iclas mayın 1-nə təxirə salınıb.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu saytlara giriş qadağan olunur

Azərbaycanda bu saytlara giriş qadağan olunur

Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə hüquqşüna...

3183 Siyasət 20:51 26 aprel 2017

Son xəbərlər