Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı - VİDEO
13
iyl
2019
17:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı mikroavtobusun sürücüsünün təhlükəli hərəkətləri ilə bağlı araşdırma yekunlaşıb.Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.Onun sözlərinə görə, 99-RB-822 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü saxlanılıb:“Məmmədov Anar Vidadi oğlu bu gün Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.Sürücünün 20 gün inzibati həbs olunması və bir illik sürücülük vəsiqəsindən məhrum edilməsi qərarı çıxarılıb”.Xatırladaq ki, bir neçə gün öncə “Mersedes Vito”nun sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.
Oxşar xəbərlər
Səs-küyə səbəb olan görüntülərdəki sürücü tapıldı və polislərə qəribə izahat verdi - VİDEO
Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Bakı şəhər BPİ...