Səs-küyə səbəb olan görüntülərdəki sürücü tapıldı və polislərə qəribə izahat verdi - VİDEO
13
iyl
2019
12:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir:"Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib".Vaqif Əsədov qeyd edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Ayağını şüşədən çıxararaq avtomobil idarə edən sürücü müəyyən edilib - VİDEO
“Hərkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücü müəyyən olunub”. BAKU.WS-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi DYPİ...