Ayağı səhv kəsilən xəstənin həkimi: "Bu, bizim işimiz deyil"
Xəstə xəstəxanadan çıxıb gedəndən sonra onu müşahidə etmək bizim işimiz deyil.
BAKU.WS bildirir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.
O, iyun ayında sol ayağı əvəzinə sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və iki gün əvvəl vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib: "Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük".
Report Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.
Xatırladaq ki, Ə.Rzazadə xəstənin sol ayağı əvəinə sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.
BAKU.WS
Oxşar xəbərlər
Ayağı səhvən kəsilən qadın dünyasını dəyişdi
Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib. Faktı Meydan...