Avtomobili oğurlayaraq qaçmaq istəyən şəxs tutulub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qalacıq kəndindən avtomobil oğurlayan şəxsi saxlayıb. Rayonun Qalacıq kənd sakini Elvin Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, polis əməkdaşları avtomobilə baxış keçirdikdən sonra nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin zərərçəkmişin qonşusu olan Əziz Şıxıyev olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı Əziz Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonunun Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilmədiyi və həmin zaman oradan keçən evakuator maşını ilə onu Qalacıq kəndinə geri qaytardığı daha sonra qaçaraq oradan uzaqlaşdığı müəyyən edilib.
Oxşar xəbərlər
Azərbaycanda qəribə hadisə: Oğurladığı maşını evakuatorla geri qaytardı
İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha so...