Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobili narkotik vasitənin təsiri altında sürən sürücü saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
Masallı rayon məhkəməsinin qərarı ilə M.Məmmədov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.
Oxşar xəbərlər
Narkotik təsiri altında avtomobil idarə edən 8 nəfər saxlanıldı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin tə...