Avtomobil yolu keçmək istəyən piyadanı vurub
06
noy
2021
08:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Mənsur yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyinin qapalı travmatik sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtomobil 17 yaşlı gənc qızı vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbə...