Avtomobil yoldan çıxaraq aşdı - VİDEO

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu “BMV” markalı avtomaşınla İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...
