Avtomobil yanaraq külə döndü
25
dek
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda avtomobil yanaraq külə dönüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb.
"Toyota Corolla" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.