Avtomobil qaçıran şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 21-i saat 10:30 radələrində DİN-in Baş DYP İdarəsinin Növbətçi Hissəsinə Ağdaş rayon sakininə məxsus “VAZ-21063” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində axtarışda olan nəqliyyat vasitəsinin Hacıqabul-Horadiz yolunda idarə olunması müəyyən edilib.
Həmin ərazidə xidmət aparan Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayının 12-ci taqımının əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində sözügedən avtomobil saxlanılıb.
Nəqliyyat vasitəsini qanunsuz yolla ələ keçirərək qaçıran, əvvəllər də məhkum olunmuş Bakı şəhər sakini Rauf Qurbanov idarə etmədən kənarlaşdırılıb və avtomobillə birgə ərazi üzrə yaxınlıqda olan polis şöbəsinə təhvil verilib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...