Avtomobil obyektə ÇIRPILDI: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.
Yaralıların hər ikisi xəstəxanaya çatıdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Qonşu arvadın alt paltarını oğurladı, onunla cinsi əlaqədə oldu - Azərbaycanda ŞOK OLAY
Beyləqan rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş 1980-ci il təvəllüdlü Muxtar Mustafa...