Avtomobil ana və iki övladını vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə avtomobil Bakı sakini olan ana və iki övladını vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında M.Maqomayev küçəsində baş verib.
Anidən önünə çıxan avtomobillə toqquşmadan yayınmaq istəyən minik maşını Bakı sakini olan ana və iki azyaşlı övladını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun övladları – 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlu və 2006-cı il təvəllüdlü Abdullayeva Arzu Elşən qızı xəstəxanaya yerləşdirilib.
Əli Abdullayevin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...