Avtomobil 8 yaşlı uşağı vuraraq komaya saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub. Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə kəllə əsası sınığları, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınığları diaqnozu qoyulub.
Hazırda İ.Abdullayev travmotik şokun 3-cü dərəcəsindədir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bu uşaqları 23 günə itirdik... - FOTOLAR
Hazırda davam edən fevral ayında Azərbaycanda ağır nəticələrə səbəb olan bir sıra hadisələr baş verdi. Baş verən ağır qəzalar, yanğınlar, törədilən cinayətlər b...